Menu

İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib

10.09.2019, 10:06
İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib

İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib.

Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, paytaxt sakini K.Əsgərov Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, atası H.Əsgərovun 20 min borcu olması səbəbindən tanıdığı şəxs tərəfindən naməlum ünvanda saxlanıldığını bildirib.

O ərizəsində qeyd edib ki, hazırkı vaxtadək atası buraxılmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol