Menu

BMT İrana təzyiqləri artırır

16.09.2014, 09:52

BMT logo 1Razılıq verdiyi 5 şəffaflıq addımından 2-ni həyata keçirməyib

BMT inanır ki, nüvə araşdırması səyləri barədə məlumat verməkdən yayınmasından 3 həftə sonra İran nüvə araşdırmasını genişləndirməyə başlayıb və Birləşmiş Millətlər Təşkilatı Tehrana qarşı təzyiqləri artırmağı düşünür.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin sentyabrın əvvəllərində hazırlanan məxfi hesabatında deyilir ki, İran avqustun 25-də tətbiq edəcəyinə razılıq verdiyi 5 şəffaflıq addımından 2-ni həyata keçirməyib.

Bu hərəkət İranın 6 dövlətlə nüvə danışıqlarını mürəkkəbləşdirə bilər.

Keçən il Həsən Ruhani prezident seçiləndən bəri İran danışıqlarda iştiraka böyük maraq göstərməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol