Menu

Bakıda iki avtomobil toqquşub - Xəsarət alanlar var

11.09.2019, 10:14
Bakıda iki avtomobil toqquşub - Xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Tingiz Dəmirçiyevin idarə etdiyi "Toyata Rav4" markalı avtomobillə, Abşeron rayon sakini Saleh Ağayevin idarə etdiyi "Mercedes ML" markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və "Mercedes ML" markalı avtomobildə sərnişin olan Tamerlan Səfərov ağır xəsarət alıb.

Hər 3 yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol