"Pulumu əcnəbi məşqçilərin yeməsini istəmirəm" - Xalq artistindən etiraz

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının (AFİAHİ) təsis konfransı keçirilib.

Sport7.az xəbər verir ki, konfransda futbol adamları ilə yanaşı bir sıra tanınmış şəxslər də iştirak edib.

Qonaqlar sırasında xalq artisti Ağadadaş Ağayev də yer alıb.

Milli komandamızın Xorvatiya ilə oyunu və xorvat baş məşqçisi Nikola Yurçeviç haqda danışan məşhur müğənni maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.

O, "Mən ödədiyim vergi pulununu əcnəbi məşqçilərin yeməsini istəmirəm. Milli komandamızda çalışacaq yetərincə yerli mütəxəssisimiz var. Elə Nazim Süleymanov da onlardan biri", deyə millimizdə əcnəbi məşqçilərin işləməsinə etiraz edib.

635x100

Şərhlər

EJDER 2019-09-11 16:54:25

AYE ,BU BIZIM INKIWAFIMIZDI,XORVAT MEWQICININ HESABINA XORBATIYA MILLISI ILE HEC HEC ETDIK/HA HA HA /.BU BIZE MILYONLARA BAWA GELDI,..,BIRDE ONUN ,,QABYUYAN,,ALTILIQ DEPUTATI.KIMI ALLADIRIQ.QARABAQDA BIZIMDI

Cina 2019-09-11 16:54:25

Sənin ....bizdə meşqçi var??

vuqar 2019-09-11 16:54:25

Komandamizin Xorvatiya ile oyunu heqiqeten de oz gucleri sayesinde hec-heceye nail olduqlarina 100% subhe ile yanasiram.Yurcevicin xorvat olmasi burda vacib amildir nezere alsaq ki Xorvatiya millisinin millimizle gorusde itirdiyi 2.xal planlasdirilmis xal itkisi idi.Xorvatiya onsuzda qrupun favoritidi qrupdanda rahat sekilde cixacaq onlar Yurcevicin xilaskari rolunda ..layiqli.. cixis ederek yerlilerine komek etmis oldular.Bu gun butun idman fir-firildaqdan ibaretdir amma subut filansiz.Mafiya temiz isleyir

Son yazılar