Eyyub müəllim, kədərini bölüşürəm!

Qəzetlərdən oxudum, cəmiyyətmiz üçün olduqca faydalı simalardan biri olan Eyyub Hüseynova böyük itki üz verib - Kanadada yaşayıb çalışan sevimli qızı Xumar həkim dünyasını dəyişib - «Allah rəhmət eləsin!» deməyə dilim də gəlmir…

Tibb universitetini Bakıda bitirmişdi. Sonra isə… həkim olaraq özünü təsdiq etmək üçün minbir əziyyətlər hesabına Kanadaya getmiş və orada həkimlik eləmək məqamına çatmışdı…

Böyük itkidir… Nə deysən, nə yazasan?! Eyyub müəllim bu qismətin ünvanı olası sima deyildi. Allahın qəribə işlərinə mat qalmaya bilmirsən…

Başın sağ olsun, qardaş! «Sonsuz kədərini bölüşürəm!» - demək üçün yanında növbəyə dururam…

Böyük kədər hissi ilə

Mirzə AĞ

635x100

Şərhlər

NURəddin 2019-09-11 17:48:52

"Böyük itkidir… Nə deysən, nə yazasan?! Eyyub müəllim bu qismətin ünvanı olası sima deyildi. Allahın qəribə işlərinə mat qalmaya bilmirsən…" Mənsə qələm sahibinin bu cür ifadələr işlətməsinə mat qalmaya bilmirəm. Ölüm hamıya yaraşır,dərd hamıya verilə bilər,təkcə sizin dostunuz istisnadır,eləmi? Bunumu YARADANA irad tutursunuz? BELƏ NEKROLOQ OLMUR.

Elli 2019-09-11 17:48:52

Allah rəhmət eləsin!

qaçqın 2019-09-11 17:48:52

C.C ALLAH bütün Azərbaycana rəhm etsin, o cümlədən o dəyərli xanıma, anaya, həkimə rəhmət diləyirəm və Eyyub müəllimlə bərabər kədərləndiyimi bildirirəm.

Son yazılar