Fransanın iki nazirinə hədələyici məktublar gəlib

Fransanın ictimai fəaliyyət və hesablaşmalar naziri Jerald Darmanin və iqtisadiyyat naziri Bruno le Merin ünvanına naməlum şəxslər tərəfindən hədələyici məktublar göndərilib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, içində güllə qoyulan məktublarda ölüm təhdidləri yazılıb.

Artıq üçüncü dəfədir oxşar məzmunlu məktub aldığını söyləyən B.Mer birincisinin 24-27 avqust tarixlərində keçirilmiş G-7 sammiti zamanı ona məxsus bağ evini “havaya uçurmaq” hədəsi ifadə edərək Bayon şəhər polisinə göndərildiyini, ikincisinin isə bilavasitə şəxsən özünə qarşı təhdidlər yazılaraq iqamətgahına gəldiyini qeyd edib. Ötən gün gələn sonuncu məktuba 9 mm çaplı üç güllənin qoyulduğunu deyən nazir bunlardan ikisinin özünə, birinin də J.Darmaninə “hədiyyə” edildiyini söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar