Menu

Tramp Boltonun yerinə 5 namizədin olduğunu bəyan edib

12.09.2019, 00:40
Tramp Boltonun yerinə 5 namizədin olduğunu bəyan edib

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə beş namizədin olduğunu bəyan edib.

Bu barədə “Report” RİA “Novosti” yə istinadla xəbər verir.

Onun sözlərinə görə, beş nəfər həqiqətən bu vəzifəni tutmaq istəyirlər.

“Çox bacarıqlı hesab etdiyim beş nəfər son üç ildə tanış olduğum yaxşı insanlardır” Tramp bildirib. O, əlavə edib ki, yeni müşavirin adı gələn həftə açıqlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol