Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA "RİA Novosti"yə istinadla xəbər verir ki, yaralılar dövlət şəhər xəstəxanasına yerləşdirilib.
SABAH qəzetinin verdiyi məlumata görə, partlayışın PKK terrorçuları tərəfindən edildiyi iddia edilir.


Şərhlər