Menu

BŞİH-ə məxsus "zibil maşını" qəza törədərək aşıb, iki nəfər yaralanıb

13.09.2019, 00:20
BŞİH-ə məxsus "zibil maşını" qəza törədərək aşıb, iki nəfər yaralanıb

Binəqədi-Balaxanı yolunda qəza baş verib.“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus zibil tullantıları daşıyan "90-AM-058" dövlət qeydiyyat nişanlı yük avtomobili qarşıda gedən "10-ZE-042" dövlət qeydiyyat nişanlı taxta daşıyan trailerə arxadan çırpılıb.

Hadisə nəticəsində zibil daşıyan yük maşını dərəyə aşıb. Hər iki sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol