Menu

TÜRKİYƏ ORDUSU SURİYAYA ƏLAVƏ HƏRBİ QÜVVƏ GÖNDƏRİB - Maarat ən-Numan bölgəsinə

13.09.2019, 08:59
TÜRKİYƏ ORDUSU SURİYAYA ƏLAVƏ HƏRBİ QÜVVƏ GÖNDƏRİB - Maarat ən-Numan bölgəsinə

Sentyabrın 12-də Türkiyə silahlı qüvvələri Suriyanın Maarat ən-Numan şəhərinə (İdlib əyaləti) əlavə bölmələr və ağır texnika gördərib.

Əl-Ərəbiyyə telekanalının Lononda yerləşmiş «İnsan haqlarının Suriya observatoriyası» adlı təşkilatın məlumatlarına əsasən verdiyi xəbərə görə, cümə axşamı səhər 30 zirehli maşından ibarət Türkiyə kolonu Suriyanın Şimal-Şərqinə doğru hərəkətə başlayıb.

Qeyd etmək lazımdır ki, Maarat ən-Numan şəhərinin böyük hissəsi Türkiyə təfindən dəstəklənən «Milli azadlıq cəbhəsi»nin - mötədil döyüşçülər alyansının (Suriya hökumət qüvvələrinə qarşı döyüşür) - nəzarəti altındadır.

Şəhərin yaxınlığında Türkiyə Silahlı Qüvvələrinin İdlibdə fəaliyyət göstərən 12 müşahidə məntəqəsindən biri (Sırman kəndindəki 8 saylı post) yerləşir. Bu məntəqələr 17 sentyabr 2018-ci ildə Rusiya-Türkiyə razılaşması əsasında yaradılıb.

«AzPolitika.info»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol