Menu

"AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur" - Davudoğlu istefa verib

13.09.2019, 12:53
"AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur" - Davudoğlu istefa verib

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

“Report” bildirir ki, o, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.

Ə.Daudoğlu AKP üzvülüyündən çıxarılacaqlarını təsəvvür etmədiklərini bildirib: “Bizim üçün partiya sıralarından çıxarılma tarixi 2019-cu il sentyabrın 2-dən, AKP-nin qurulması prinsiplərindən imtina etdiyi gündən sayılır. Azsaylı kadrların nəzarətində olan AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur”.

“Demokratik nizam qurmaq istəyirk” deyən Ə.Davudoğlu yeni siyasi hərakat yaratdıqlarını bildirib: “Bu gündən etibarən yeni bir siyasi hərəkat qurmaq bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə siyasi görüşündən asılı olmayaraq, məsuliyyət hissə edən hər kəsi bilikdə fəaliyyət göstərməyə dəvət edirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol