Menu

Qazaxda torpaq uçqunu baş verib - Ölən və yaralanan var

13.09.2019, 20:40
Qazaxda torpaq uçqunu baş verib - Ölən və yaralanan var

Qazax rayonunda torpaq uçqunu baş verib."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qarapapaq kəndində qeydə alınıb.

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə Qazax rayonu, Çaylı kənd sakini, 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu ölüb, Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alıb. Yaralı Qazax rayon Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol