Menu

FİFA-nın sabiq vitse-prezidenti ömürlük cəzalandırıldı

13.09.2019, 21:17
FİFA-nın sabiq vitse-prezidenti ömürlük cəzalandırıldı

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) keçmiş prezidenti, FİFA-nin sabiq vitse-prezidenti Xuan Anhel Napout futbol faəliyyətindən ömürlük kənarlaşdırılıb.

Qol.az FİFA-nın rəsmi saytına istinadla xəbər verir ki, sözügedən qərar qurumun etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.

Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, Anhel Napout 2015-ci ildə FİFA-da çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol