Menu

İranda qadınlar stadionda futbol izləyə biləcəklər

15.09.2019, 15:37
İranda qadınlar stadionda futbol izləyə biləcəklər

İranlı qadınların stadionda futbola baxmasına şərait yaradılacaq.

APA-nın İRNA agentliyinə istinadla verdiyi məlumata görə, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri bildirib.

Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.

Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol