Menu

Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

15.09.2019, 18:10
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycana rəsmi səfərə gəlib.APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

F. Oktayı Baş Nazirin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol