Menu

Hindistanda çayda qayıq batıb, 12 nəfər ölüb

15.09.2019, 23:29
Hindistanda çayda qayıq batıb, 12 nəfər ölüb

Hindistanın Andhra Pradeş ştatında turistlərin olduğu qayıq batıb.APA-nın “Times of India” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Qodavari çayında baş verib.

Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru hərəkət edən və göyərtəsində 11 nəfər heyət üzvü də daxil olmaqla, 60 nəfərin olduğu qıyığın batması nəticəsində ən azı 12 nəfər ölüb. Xilasedicilər 17 nəfəri xilas edib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hindistan baş naziri Narendra Modi “Twitter” sosial şəbəkəsindəki səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol