Menu

Rusiya və İran nüvə sahəsində əməkdaşlığı müzakirə ediblər

16.09.2019, 13:46
Rusiya və İran nüvə sahəsində əməkdaşlığı müzakirə ediblər

İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi Rusiyanın "Rosatom" korporasiyasının baş direktoru Aleksey Lixaçevlə görüşüb.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, rəsmilərin görüşü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən 63-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər nüvə sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada 63-cü sessiyası öz işinə başlayıb. 170 ölkədən olan nümayəndə heyətləri nüvə enerjisinin inkişafı, nüvə təhlükəsizliyi məsələləri ilə yanaşı, İran və Şimali Koreyanın nüvə siyasətini müzakirə edəcəklər. Sessiya sentyabrın 20-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol