Menu

Ramil Quliyev Qloriya kubokunda qalib olub

17.09.2019, 17:33
Ramil Quliyev Qloriya kubokunda qalib olub

Türkiyənin Antalya şəhərində atletika üzrə Qloriya kuboku yarışları keçirilib.

APA-nın məlumatına görə, 21 ölkəni təmsil edən 71 idmançı 10 növdə qüvvəsini sınayıb.

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev də yarışda iştirak edib. Kişilərin 200 m məsafəyə qaçışında mübarizə aparan atlet finişə 1-ci çatıb. Yarışın qalibi olan R.Quliyev məsafəni 20,08 saniyəyə qət edib.

Qeyd edək ki, R.Quliyev sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında da qüvvəsini sınayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol