Menu

Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanılıb

18.09.2019, 09:30
Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanılıb

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub.

Faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma davam etdirilir.

Faktı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.

Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol