Menu

AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb

19.09.2019, 11:09
AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə dövriyyədə olan notlarının həcmi 670 mln. manat təşkil edib.

“APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 338,3 mln. manat və ya 33,5%, ötən ilin analoji dövrünə nisbətən 380 mln. manat və ya 36,2%, son bir həftə ərzində isə 30 mln. manat və ya 4,3% azalıb.

Not üzrə faiz dərəcəsi dəyişməyərək 6,76% səviyyəsində qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol