Menu

"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb -  VİDEO

19.09.2019, 16:31
"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb -  VİDEO

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub.

Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol