Menu

Tunisin devrilmiş prezidenti vəfat edib

19.09.2019, 18:47
Tunisin devrilmiş prezidenti vəfat edib

Tunisin sabiq prezidenti Zeynal Abdin bin Əli vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Tunis kütləvi informasiya vasitələri (KİV) məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl səhhətində problem yaranan 83 yaşlı Zeynal Abdin bin Əli xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, 2011-ci ildə Tunisdə baş verən inqilabdan sonra Zeynal Abdin bin Əli ölkəsini tərk edərək Səudiyyə Ərəbistanında yaşayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol