Menu

Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb

20.09.2019, 11:10
Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb

Bakıda ana iki övladı ilə birlikdə itkin düşüb.

APA-nın məlumatına görə, Nizami rayon sakini Xəyal Babaşov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, arvadı - 1994-cü il təvəllüdlü Gülşən Babaşovanın azyaşlı övladları, 2016-cı il təvəllüdlü Fatimə Babaşova və 2013-cü il təvəllüdlü Xəyal Babaşovla birlikdə yaşadıqları evdən çıxıb getdiyini və geri qayıtmadıqlarını bildirib.

Daxil olan müraciət əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Faktla bağlı axtarışlar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol