Menu

"Ermənilər mənə feysbukda yazırlar, mən də onlara..." - Xalq yazıçısı

20.09.2019, 13:07
"Ermənilər mənə feysbukda yazırlar, mən də onlara..." - Xalq yazıçısı

Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sosial şəbəkələrdə söyüş söyən istifadəçilərin hesablarının bloklanması üçün təklif irəli sürüb.

"Report"un məlumatına görə, Xalq yazıçısı Bakıda “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” mövzusunda keçirilən tədbirdə sosial şəbəkələrdə bəzi xarici dillərdə təhqir ifadələri yazılırsa, həmin ifadəni yazan istifadəçi blok olunur: "Mən internetdən çox istifadə edirəm. İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur. Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır".

O bildirib ki, Azərbayan Yazıçılar Birliyi (AYB) şair və yazıçıları söyənləri üzvlükdən çıxarılması və onların üzvlüyə qəbul edilməməsi ilə bağlı qərar qəbul edib: "Bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunurlar. Səməd Vurğundan tutmuş Mikayıl Müşviqə qədər. Sonda AYB ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi".

Xalq yazıçısı əsərlərinin Ermənistana qədər yayılmasından da danışıb: "Mənim kitablarımı ermənilər də oxuyur. Hətta əsərlərim Xankəndidə də, İrəvanda da satılır. Ermənilər mənə feysbukda yazırlar, mən də onlara cavab verirəm".

Şərhlər

EJDER 2019-09-20 13:07:06

DIQALARDAN SORUWUN NE VAXT ASLANIN WERABINDAN,CAXIRDAN VURAJAIQ.

AAgahuseyn 2019-09-20 13:07:06

Sənin kinilər erməliləri mindirdi at belinə indi düşürmək olmur.Ayıb olsun.

Bashirov Qarib 2019-09-20 13:07:06

Yaxşı təşəbbusdur.Söyuş söyənlərin hamısı baglanmalıdır.Mirşahinin də verlişi baglanmalıdır. Söyuş söyməklə,gənclərə pis örnək verirlər.

Azer 2019-09-20 13:07:06

SÖYÜLMƏLİ ADAMI SÖYƏRLƏR DƏ ,AY ABDILLAYEV!ÇALIŞIN ÖZÜNÜZÜ SÖYDÜRMƏYİN VƏ ERMƏNİLƏRİ BLOK ETDİRİN, ZAVAKZALNI BALASI!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol