Ukraynada bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib."Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Odessada baş verib.
Məlumata görə, yük avtomobili mikroavtobusla toqquşub. Qəza nəticəsində 9 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Qeyd edilir ki, polis hadisə ilə bağlı təhqiqata başlayıb.
Qəzanın başvermə səbəbi açıqlanmır.


Şərhlər