Menu

ABŞ-da atışma

22.09.2019, 18:56
ABŞ-da atışma

ABŞ-da silahlı atışma olub. Bu barədə “NBC” televiziya kanalı şəhər polisinə istinadən məlumat yayıb.

Hadisə İndiana ştatının İndianapolis şəhərində baş verib. Silah səslərinin eşidildiyi əraziyə gələn polis əməkdaşları, yeniyetmələr də daxil olmaqla güllə yarası alan altı nəfəri aşkar edib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polisin ehtimalına görə, silahlı hücumu bir nəfər törədib. Qeyd olunub ki, hazırda hücum edən şəxsin axtarışları davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol