Menu

“Qalatasaray” “Yeni Malatyaspor”la bacarmayıb

22.09.2019, 22:18
“Qalatasaray” “Yeni Malatyaspor”la bacarmayıb

Türkiyə Super Liqasında V turun növbəti oyunları keçirilib.

APA-nın məlumatına görə, çempionatın lideri “Alanyaspor” ilk xal itkisi ilə üzləşib.

Lideri autsayder “Gənclərbirliyi” büdrədib – 1:1. Ön sıralarda qərarlaşan “Rizəspor” və “Qaziantep”in duelində sonuncular səfər qələbəsinə seviniblər.

Son çempion “Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub. 23-cü dəqiqədə Serinin vurduğu top İstanbul təmsilçisini önə çıxarsa da, Gilyerme qarşılaşmanın sonlarında tarazlığı bərpa edib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası

V tur

22 sentyabr

“Rizəspor” – “Qaziantep” – 1:2

Samudio, 65 – Demir, 12, Tvumasi, 16

“Gənclərbirliyi” – “Alanyaspor” – 1:1

Stanku, 45 (pen.) – Gülselam, 66

“Yeni Malatyaspor” – “Qalatasaray” – 1:1

Gilyerme, 89 - Seri, 21

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol