Menu

Mingəçevir sakini zəhərli həşərat sancması nəticəsində şoka düşüb

22.09.2019, 22:35
Mingəçevir sakini zəhərli həşərat sancması nəticəsində şoka düşüb

Mingəçevirin “Energetik” yaşayış massivində şəhər sakini, 1981-ci il təvəllüdlü Rəna Allahverdiyevanı kürək nayihəsindən zəhərli həşərat sancıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə ərazidəki fərdi təsərrüfatlardan birində baş verib.

Ciddi narahatlıq keçirən və halsizlaşan R.Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Həşəratın sancması qadında həm də alergik şok yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol