Menu

“Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” - Sabiq xarici işlər naziri

23.09.2019, 12:30
“Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” - Sabiq xarici işlər naziri

“Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin bu gün Nyu-Yorkda keçiriləcək görüşündən nəsə gözləmirəm. Adi bir görüşdür”.

Bu fikirləri Modern.az-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edərkən bildirib.

Sabiq xarici işlər nazirinin sözlərinə görə, bu görüş baş tutmamalı idi:

“Hesab edirəm ki, Azərbaycan bu görüşə getməməli idi. Ona görə ki, Ermənistanın baş naziri Paşinyanın bəyanatından sonra Azərbaycanın xeyrinə olmayan vəziyyət yaranıb. Bu görüşdən də heç bir nəticə gözlənilmir. 501 yaxud da 504-cü görüşdür, artıq sayını da itirmişik. Düşünürəm ki, Paşinyanın bəyanatlarından sonra Azərbaycan mövqeyini bildirməli idi”.

Qeyd edək ki, bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Şahsuvar Qarabağlı 2019-09-23 12:30:05

Diplom atiya və ya Sülh danışığı deyirsiniz, ən uzağı bir il davam hərəkət düşüncəli görünə bilər. Sonrakı 25 il heç bir addımsız danışıqlar, öncəki məqalənizdə qeyd etdiyiniz kimi hərbi terrorla öz mülklərindən qovulmuş və digər vətəndaşları axmaq saymaqdan qeyri bir iş deyilmiş?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol