Menu

“ABŞ sanksiyaları dayandırsa, danışıqlara başlaya bilərik”

23.09.2019, 13:35
“ABŞ sanksiyaları dayandırsa, danışıqlara başlaya bilərik”

“ABŞ sanksiyaları dayandırsa və nüvə sazişinə geri dönsə, bizim qərar qəbul etməyimiz üçün yol açılacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi mətbuat konfransında deyib.

“Biz ABŞ-la danışıqlara başlaya bilərik. Bununla bağlı, ölkə daxilində heç bir ziddiyyət yoxdur”, - deyə o, bildirib.

Ə. Rabii qeyd edib ki, H. Ruhani Nyu-Yorka iranlıların səsini BMT-dən dünyaya çatdırmaq üçün gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol