Menu

"Onlar hesab edirdi ki, İlham Əliyev hakimiyyəti idarə edə bilməz..." - Əli Həsənov

25.09.2019, 11:48
"Onlar hesab edirdi ki, İlham Əliyev hakimiyyəti idarə edə bilməz..." - Əli Həsənov

"Bizdə unutqanlıq var, hamı bunu bilir. Bəzi hallarda Prezident İlham Əliyevin son 15 ildə gördüyü işlər yaddan çıxarılır. Niyə? Bu işlər təbliğ edilməlidir, gənclərə izah edilməlidir, keçmişi anlatmaq lazımdır".

"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, YAP xalq üçün yaradılıb: "Partiya gələcək Azərbaycan üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı xilas etdi. Azərbaycan inkişaf etmiş dövlətdir, insanlarımızın dünyaya çıxışı var. 2003-cü ili hər kəs xatırlayır, dövlət çevrilişinə cəhd edildi, amma alınmadı. Bunu edənlər bəzi xarici qüvvələr və daxildəki bəzi ünsürlər idi. Onlar hesab edirdi ki, İlham Əliyev hakimiyyəti idarə edə bilməz, ona görə ki gəncdir. Amma bu, yanlış fikir idi. İlham Əliyevin kifayət qədər təcrübəsi vardı. Bir məsələni qeyd edim, 2003-cü il 1993-cü ildən də təhlükəli idi. Çünki 1993-cü ildə ulu öndər Heydər Əliyev vardı. 2003-cü ildə də Prezident İlham Əliyev xüsusi bacarıq nümayiş etdirdi, təhlükənin qarşısı alındı. Bilin ki, ictimai-siyasi sabitlik olmasaydı, ölkə bu cür inkişaf edə bilməzdi".

Ə.Həsənov son 15 ildə görülən işlərlə bağlı məlumat verib: "Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır".

Şərhlər

Ardı 2019-09-25 11:48:49

Respublika Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyat yoldaşımın Əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi bildirilməsinə baxmayaraq, Rabitə Nazirliyi tərəfindən DƏMX -nin rəyinə əhəmiyyət verməyərək öz qərəzli mövqelərindən əl kəçmək istəmirlər..Xalqımız cənab Prezidentimizi qəlbən sevir,ancaq məmurlar öz xidmətəri ilə xalqa xidmət etmək əvəzinə,xalqı dövlətdən narazı salmağa çalışırlar..Onlardan bir Rabitə Nazirliyidir..Xahiş edirik onların özbaşnalıqlarına son q.

S.Ənvərqızı 2019-09-25 11:48:49

Hörmətli Əli müəllim,biz dövlətimizi və Rəhbərimizi qəlbən sevirik, ancaq cənab Prezidentimizin sərəncamı ilə təyin olunan məmurlar vətəndaşın müraciətinə baxmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar,sosial narazılıqları artırırlar.. Uzun müddət (PA,NK) müraciət etməyimə baxmayaraq, müraciətlərim araşdırılmadan,şikayət etdiyim ünvana Rabitə Nazirliyinə göndərilir,nəzarət sistemi olmadığından nazir müavinləri Ə.Abdullayev və E.Vəlizadə tərəfindən qanunsuz cavab verməkdən kəçinmirlər..

Mirzə AĞ 2019-09-25 11:48:49

Allah sizə də saxlasın...

Sedaqet 2019-09-25 11:48:49

Hörmətli Əli müəllim! Siz çox uzaqgörən və təcrübəli insansiz. Amma unutmayın sıravı camaatdan öncə vəzifədə olanlar haqsızkıq etməməlidirlər. Prezidentə yaxın olan adamlar sizlər ön slrada olanlar gərək bizə öz işləri ilə unutdurmasınlar. Məmurlar tərəfindən Haqsızlıqlar o qədər olunur ki yaxshi işlər unudulur. Canlı təbliğ sizlərsiz... biz unutmuruq... sizlər əməllərinizlə unutdurursunuz. Mən nəfəs alıram ölkəmlə qürur duyuram prezidentimlə və onun ailəsi ilə amma təəsüf ki haqsiz əməlıərdən bezmişəm

DÜRRE 2019-09-25 11:48:49

Bele yawamaqdansa ölmek yaxwıdı ne qeder ehtiyac olar eli müellim bir kasıblarıda düwününde tek anayam 15 ildi qarawda yawayıram cölün ortasında neft qaz ölkesiyik ancaq qaz balonuyla dövlete esger böyüdürem yaqıw suları yawadıqım yeri basır hara gedeirem baxan yoxdu budumu edalet?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol