Menu

Londonda “Bilik” Azərbaycan məktəbi açılır

25.09.2019, 21:21
Londonda “Bilik” Azərbaycan məktəbi açılır

Böyük Britaniyanın paytaxtı Londonda “Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, məktəbin açılışı oktyabrın 6-da baş tutacaq.

Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəbləri ilə birgə yaradılan “Bilik” Azərbaycan məktəbində dərslər həftənin bazar günləri keçiriləcək.

Məktəbdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri də tədris ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol