Menu

Rusiyada təyyarənin qəza enişi zamanı 23 nəfər xəsarət alıb

25.09.2019, 23:59
Rusiyada təyyarənin qəza enişi zamanı 23 nəfər xəsarət alıb

Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi zamanı 23 sərnişin xəsarət alıb.

APA "TASS" agentliyinə istinadla xəbər verir ki, “Azur Air” aviaşirkətinə məxsus “Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol