Menu

Avropa Məhkəməsi hökumətdən təzminat alacaq müxalifətçilərin adını açıqladı

26.09.2019, 16:37
Avropa Məhkəməsi hökumətdən təzminat alacaq müxalifətçilərin adını açıqladı

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətindən şikayətçi olan vətəndaşlarımızın işlərinə dair yekun qərarıını açıqlayıb.Musavat.com xəbər verir ki, bu barədə vəkil Əsabəli Mustafayev sosial şəbəkədə status paylaşıb.

Vəkil yazır: "Bir qədər əvvəl Avropa Məhkəməsi 11 iş üzrə qərarını elan edib. Bu işlər 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması, sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəlidir. Məhkəmə qərarı ilə ərizəçilərə münasibətdə Konvensiyanın 5,6 və 11-ci maddələrinin pozuntusu tanınmışdır. Bilirəm ki, hamını kompensasiyaların məbləqləri maraqlandırır. Bunlar aşağıdakı kimidir:

1. Arif Hacılı – mənəvi ziyana görə 10 000+ hüquqi yardıma görə 1500

2. Fuad Qəhrəmanlı - 10 000 EUR+1500 EUR

3. Babak Həsənov - 10 000+1500

4. Zülfüqar Eyvazov - 10 000+1500

5. Arif Alışlı - 10 000+1500

6. Məhəmməd Məcidli - 12 500+2500

7. Tural Abbaslı 10 000

8. Elşən Həsənov 10 000+1500

9. Rüfət Hacıbəyli 10 000+1500

10. Sahib Kərimov 10 000+1500

11. Ülvi Quliyev 10 000+1500

Sonda vəkil Əsabəli Mustafayev ilk 5 işdə ərizəçilərin nümayəndəsi olduğunu qeyd edib.

Şərhlər

Oqtay 2019-09-26 16:37:36

Sabahdan bütün mitinqlərə gedib fəal iştirak edəcəm qoy mənədə sonda 10000 avro versinlər

Azer 2019-09-26 16:37:36

Əsabəli müəllim də 7500 avro alacaq?Elədirsə təbrik edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol