Menu

Bakıda tikinti şirkəti "protokoldan çıxarış" üçün pul tələb edir - VİDEO

27.09.2019, 13:06
Bakıda tikinti şirkəti "protokoldan çıxarış" üçün pul tələb edir - VİDEO

Bakıda mənzillərinə "protokoldan çıxarış" ala bilməyən sakinlər tikinti şirkətinin təzyiqləri ilə üzləşib.

Bu barədə "Report"a Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində ''Olimp'' MTK-nın inşa etdiyi yaşayış binasının sakinləri məlumat veriblər.

Həmin binada yaşayan 200-dən çox ailə mənzillərinə çıxarış ala bilməməsinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, "Olimp" MTK tikinti şirkəti mənzillər üçün ''protokoldan çıxarış''ı yalnız müəyyən pul qarşılığında təqdim edir.

"Şirkət bizə üç sənəd verməlidir. Daha doğrusu şirkət bu sənədləri bizə verməyə borcludur. Biz də həmin sənədləri mənzilimizə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməliyik. Tikinti şirkəti isə o sənədləri yalnız pul qarşılığında vermək istəyir və bunun müqabilində bizdən qeyri-qanuni olaraq özlərinin təyin etdikləri məbləği tələb edirlər. Halbuki, biz mənzili alanda evin pulunu onlara ödəmişik. Biz MTK-nın sədrləri Lətif Kərimov və İsmayıl İsmayılovla görüşürük və sözümüzü onlara deyirik. Onlar isə bizə sənədləri verməkdən yayınırlar", - sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, "protokoldan çıxarış'' sənədini MTK verməli olduğu halda şirkət rəhbərliyi müxtəlif bəhanələr gətirərək bu sənədi verməkdən imtina edir: "Şirkət evin kvadratını 30 qəpikdən hesablayaraq özündən bir məbləğ çıxarır. Şəxsən mənim mənzilimə "protokoldan çıxarış" verilməsi üçün 6000 manat pul istəyirlər. Bunlar hamısı qanunsuzdur. Pulunu verib sənədlərini alan da var", - sakinlərdən biri qeyd edib.

Şərhlər

Vetendash 2019-09-27 13:06:49

Mireli qasqay 748 ci mehele bina 30 Aslan MTK sakinleride eziyyet cekir. Doymediyimiz qapi qalmayib.

Edalet 2019-09-27 13:06:49

Butun sivil olkelerde bu hadise agir cinayet sayilir.Amma analoqu olmayan olkede bu normal bir haldi.Cunki o 6000 m tek MTK sedri yemir.

Sumqayıtdan vetendaw Eli Memmedov 2019-09-27 13:06:49

Cox qeribedir, Dovletin rehberliyi qerar qebul edir, serencam imzalayır lakin adi MTK sahibide bunu icra etmir, ay hökumet axı niye verdiyiniz serancamın nece İcra olunması ile maraqlanmırsız? Wexsen Sumqayıt weherinde Sumqayıt MTK sahibi Aslan sakinlere order, pratakol vermir, menzilleri vetendawa satıb amma yenede binadan cıxmır,özunun uc bew neferi ile saxta cemiyet yaradıb ki binanı özum idare edirem, bu ne demekdir? Orderi vermir pratakolu vermir hec kimi saymır, hara baxır aidyeti qurumlar?

Marif 2019-09-27 13:06:49

Xudu Memmedov kucesinde Sherur MTKa insanlar eyni problemle uzlewib.Bu deyqe butun MTK larda alver gedir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol