Menu

Polis rəisinin iki müavini işdən azad edilib

27.09.2019, 16:47
Polis rəisinin iki müavini işdən azad edilib

Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol