Menu

Gülənin İŞİD açıqlamaları

18.09.2014, 08:49
Gülənin İŞİD açıqlamaları

Türkiyədə bir neçə ay bundan əvvəl hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülənin bir sıra məşhur qəzetlərdə İŞİD terrorçuları haqqında yazıları yayımlanıb.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin ABŞ-ın ən çox oxunan qəzetlərindən olan “New York Times”, “Washington Post”, “Wall Street Journal”, “Chicago Tribune” və “L.A Times”da İŞİD-i tənqid etməsilə bağlı yazıları dərc olunub.

“İslamın ruhundan və fəaliyyətlərdən tamamilə xəbərsiz olan İŞİD, siyasi məqsədlərə qulluq etmək üçün qurulub” – deyə F.Gülən bildirib.

Xatırladaq ki, din xadimi ötən ay da verdiyi bəyanatda İŞİD terror təşkilatı tərəfindən din arxasına sığınaraq vəhşicəsinə törədilən zülmləri qınadığını və baiskarların qeyri-insani əməllərinə son veməsini və tezliklə məhkəməyə təslim ediməsi üçün dünyanın hər tərəfindən edilən çağrışa şərik olduğunu söyləmişdi. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol