Gürcüstanın xarici işlər naziri David Zalkalianinin rusiyalı həmkarı Sergey Lavrovla görüşünü şərh edərkən, Baş naziri Georgi Qaxariya bəyan edib ki, Tbilisi və Moskva arasında yaşanan çox mürəkkəb problemin həlli məsələsində praqmatik siyasət yeganə məqbul mexanizmdir.
Hökumət başçısının fikrincə, mövcud probemin yeganə həlli «beynəlxalq hüquq və həmkarlarla sıx əməkdaşlıq»dan keçir. «Aydındır ki, problemin yeganə həlli üsulu - beynəlxalq qaydalar, beynəlxalq qanunvenicilik və əlbəttə ki, həmkarlarımızla sıx əməkdaşlıq, tam sinxronluq»dan ibarətdir. Görüş məhz bu ruhda keçib. Bax, bu nöqteyi-nəzərdən, biz anlamalıyıq ki, müharibə - çıxış yolu deyil…» - Qaxariya bildirib.
Xəbər verildiyi kimi, bu ərəfədə BMT Baş Məclisinin 74-cü sesiyası çərçivəsində, sentyabrın 26-da Rusiyanın xarici işlər naziri Serey Lavrovla Gürcüstanın XİN başçısı David Zalkaliani arasında görüş olub. Görüşün gedişində ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə mövzusu olub. Tərəflər bölgəsel təhlükəsizlik məsələlərinə yönəlik fikir mübadiləsi aparıblar.
Bu, Tbilisinin Rusiya ilə diplomatik münasibətləri ləğv etməsindən (2008) sonra, tərəflərin xarici işlər nazirləri səviyyəsində keçirilən ilk görüşdür.
AzPolitika.info


Şərhlər