Menu

Zaxarov vəfat edib

28.09.2019, 16:38
Zaxarov vəfat edib

Görkəmli rus rejissoru, “Lenkom” teatrının rəhbəri, SSRİ xalq artisti Mark Zaxarov vəfat edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə M.Zaxarovun rəhbərlik etdiyi teatrın direktoru Mark Varşaver xəbər verib.

Qeyd edək ki, M.Zaxarov rejissor kimi uğurlu işlərin, o cümlədən “Yunona və Avos”, “Toy”, “Fiqaronun toyu”, “Albalı bağı” kimi teatr tamaşalarının və “12 stul”, “Həmin Münhauzen”, “Sevginin formulu”, “Sviftin tikdiyi ev” filmlərinin müəllifidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol