Menu

"İddialar həqiqəti əks etdirmir" - BŞBPİ

29.09.2019, 11:44
"İddialar həqiqəti əks etdirmir" - BŞBPİ

Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd edilib ki, parılan araşdırmalar zamanı müəyyən olunub ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən “102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib. Daxil olan məlumat üzrə Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb.

Müəyyən olunub ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar. Hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir.

Şərhlər

omer 2019-09-29 11:44:50

Umumen ev tikenlerin polis senedlerini yoxlaya bilermi??mence yox.amma el terpetmek olmur.polis o saat ordadir.niye?men heyetimde nese tikirem polise ne?buna icaze veren ve yoxlayan idareler var..bax bunu cenab nazire catdirmaq lazimdir

Oxucu 2019-09-29 11:44:50

Ümumiyyətlə o ərazilərdə ev tikmək düzgün deyil. 1)ona görə ki, fundament qazılan zaman mazut çıxır. 2) ona görə ki, torpaq yağan yaışı qəbul etmir və güclü yağış olan kimi ərazini və evləri su basır. 3) neft , qaz və su kəmərləri üstündə ev tikmək olmaz , strateji əhəmiyyətli kəmərlər bir səhlənkarlı üzündən siradan çıxa bilər və böyük faciələr baş verə bilər. Bu səbəbdən şəhər susuz qazsız qala bilər. Nəhayət videodan görünür ki, əlində kamara(və ya telefon) olan şəxs təhrikçi və əxlaqsızdır. Bir qrup əlil insanı zor yolu ilə itaətsizliyə və xuliqalığa səsləyir. Xaricdə mühafizə və polis orqanları bəlkə də ğözyaşardıcı vasitə və hətta silah tətbiq edərdilər. Bızim polis isə xuliqanları zərərsizləşdirmək bir yana ;biz orda olmamışıq bizlik deyil deyir. Reallıq budur "qəhrəman qazimiz" söyüşcül və xuliqan, polis və mühafizəmiz dişsiz və qorxaq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol