Menu

Cüdo komandamız tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib

29.09.2019, 15:18
Cüdo komandamız tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

"Report"un məlumatına görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olacaq.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol