Menu

Daha 1298 tələbə pulsuz təhsil alacaq

30.09.2019, 11:22
Daha 1298 tələbə pulsuz təhsil alacaq

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması barədə siyahı ilə bu linkdən tanış olmaq olar.

Şərhlər

t.ədalət 2019-09-30 11:22:55

Hələki ölkədə pullu təhsil sistemi var,deməli,dövlətimiz ehtiyac içərisindədir.Vətəndaşlarımızı belə çətinliklərə məruz qoymaq,onu göstərir ki,iqtisadi sahədə gerilik davam edir.Nə qədər ki vəzifələrə kora-pıç,səviyyəsiz və məsuliyyətsiz kadrlar irəli çəkilir bundan da pis olacaq..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol