Türkiyə Super Liqasında VI tur başa çatıb.
APA-nın məlumatına görə, bu gün turun son matçı keçirilib.
Günün yeganə matçı Qaziantepdə baş tutub. Şəhərin eyniadlı komandası “Göztəpə”ni qəbul edib. Matçın ikinci hissəsində hərəyə bir qol vuran komandalar meydandan heç-heçə ilə ayrılıblar.
Qeyd edək ki, tura sentyabrın 30-da yekun vurulacaq.
Türkiyə Super Liqası
VI tur
30 sentyabr
“Qaziantep” – “Göztepe” – 1:1
Vural, 58 – Emir, 82


Şərhlər