Menu

Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 9% artıb

02.10.2019, 11:37
Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 9% artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 30-na 6 034,1 mln. ABŞ dolları təşkil edib.

AMB-dən verilən məlumata görə, bu göstərici son bir ay ərzində 29,8 mln. dollar və ya 0,5%, ilin əvvəlindən isə 408,4 mln. dollar və ya 7,3% artıb.

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 499,6 mln. dollar və ya 9% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol