Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətini cavablandırıb. “Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və piketin oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə etiraz etmir.
Aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır.


Şərhlər
Haqqın bərqərari üçün xeyirli olsun. İnşəallah
Piket sözü tabelikdə olan işçiyə, təəbəlikdə qalan ilçəyə uyğun gəlir. Milli şura, ya müxalifət milli məsələlər üzrə Mitinq, Geniş toplantı keçirə bilər.
50 nəfərlik piket uçun,nə əvvəcədən xəbardarlıq etməyə, nə razılıga ehtiyac yoxdur. Qanunda məhz belə yazılıb.Bunlar həm saatın, həmdə yerin amiranə surətdə diktə edirlər....