Menu

"Qarabağ"ın matçında erməni təxribatı -  Matç dayandırıldı

03.10.2019, 23:46
"Qarabağ"ın matçında erməni təxribatı -  Matç dayandırıldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ"la "Düdelanj" matçında təxribata yol verilib.

"Qarabağ" ikinci qolu rəqib komandanın qapısından keçirdikdən sonra meydanın ortasında dron vasitəsilə qondarma Dağlıq Qarabağ rejiminin əski parçası dalğalandırılıb.

Hazırda davam edən matçda fasilə yaranıb. "Qarabağ"ın oyunçuları təxribata etirazlarını bildiriblər. Hakim matçı qeyri-müəyyən müddətə təxirə salıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol