Menu

“Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz" - Fikrət Məmmədov

04.10.2019, 11:03
“Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz" - Fikrət Məmmədov

“Vəkillik peşəsi zəngin və qədim bir tarixə malikdir".

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, Azərbaycan vəkilləri 100 yaşını qeyd edir: "Azərbaycanda vəkillik 1919-cu ilə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin dövrünə təsadüf edir. Sovet höküməti qurulduqdan sonra Azərbaycanda müstəqil vəkillik inistitundan söhbət gedə bilməzdi. O illər ərzində vəkillik Ədliyyə Nazirliyinin tərkibində olub. Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz. Vəkillik müstəqil qurum kimi yalnız Heydər Əliyevin tərəfindən formalaşdırılıb. Onun rəhbərliyi ilə həyata keçirilən hüquqi-islahatlar nəticəsində ilk olaraq vəkillik haqqında qanun qəbul edilib. Bu gün məhkəmə-hüquq sistemində əvəzsiz rolu olan vəkillik Prizedent İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılmaqla təkmil bir struktura çevrilib".

Şərhlər

EJDER 2019-10-04 11:03:28

MALADES ,IRAZA KIMI....

Geber 2019-10-04 11:03:28

Hörmətli Fikrət Məmmədov :_ Bir qayda olaraq boşanma və aliment işləri ilə bağli Ərizələrə standartlar çərçivəsində baxilir , elə ki , iş keçdi əmlak bölməyə filan işlərə ümümi məhkəmə adət ənənənələri qaydasinda baxilir. Məhkəmə adət ənənələri dedikdə rəssam Maleviçin Qara Kvadrat * rəsmini nəzərdə tuturam , yəni istənilən qərardat və ya Qətnamə qara kvadrat abstraksiyasinin şəhrinə oxşayir , kim neçə başa düşür elə də şəhr verir. Əslində qara kvadrat əsərini reklam edib milyonlarla qiymətləndirib ğündəmə ğətirən amerikanli firildaqçi nəinki sağlam mühakiməni yerdə qalan rəssamlari incəsənətə meyyilliləri aşaqalamişdir.
Qara kvadrata bənzər qətnamələrin sayi bizlərdə ümümi qərarlarin 99 faizini təşkil edir. Yalniz 90 faiz xeyrinə olan işlərin qarşi tərəfin maraqi olsa 10 faizini uda bilərsən

Dövlətimizi qəlbən sevən 2019-10-04 11:03:28

Fikrət müəllim,Ədalət olmayan yerdə,haqsızlıqlar çox olur..Hakimliyə test imtahanından 87 bal,Vəkilliyə test imtahanından 90 bal toplayan namizəd sonraçı mərhələdə kənarda qaldı, 61 bal toplayan namizəd isə hakim və vəkil oldular. Bunu necə başa düşək...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol