Menu

Vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb

04.10.2019, 11:19
Vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb

“Azərbaycanda vəkillərin sayı iki dəfə artıb”.

APA-nın xəbərinə görə, bunu Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu proses davam edəcək.

F. Ələsgərov qeyd edib ki, Azərbaycanda aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb.

Şərhlər

yalçın 2019-10-04 11:19:14

Türkiyədə dövlət vəkilə yalnızca elə bir məsləhətə 880 lirə-250 manatdan çox ödəyir ..ən az ücrət bu qədərdir..ta bizdəki kimi 5-10 manat yox..budur vəkilliyə verilən əsl qiymət..bizdə bu haçan olacaq, əsla bilinmir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol