Menu

"Şərurlu İsfəndiyar"ın oğlu öz bahalı maşınını satır - Foto

18.09.2014, 19:00
"Şərurlu İsfəndiyar"ın oğlu öz bahalı maşınını satır - Foto

Ancaq bu, 650 minlik "Lamborghini" deyil, 130 minlik "Maserati"dir

Xəbər verildiyi kimi, dünən ölkənin media qurumlarında "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundovun təhsil aldığı universitetə 650 minlik "Lamborghini" avtomobili ilə gəlməsi barədə xəbərlər yayılmışdı.

İ.Xəlilov belə bir faktı təkzib etsə də, Allahverdi Axundov İnstaqram səhifəsində həmin maşının fotosunu paylaşaraq, "My new car, lambo#aventador" haştagından istifadə etmiş, bununla da hər hansı təkzibə, yalanlamaya yer qoymamışdı.

Həmin informasiyanı yayan internet resursları 650 minlik avtomobilin fotosounu da yayıymışdılar və aydın görünürdü ki, bahalı superkarın dövlət nömrə nişanı 10 LN 200-dür.

Bu gün Turbo.az saytında virtual satışa çıxarılan bahalı "Maserati"nin nömrəsi də 10 LN 200-dür.

Bu o deməkdir ki, A.Xəlilov "Lamborghini" aldığı üçün öz "Maserati"sini 130 minə satışa çıxarıb. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol