Menu

Kəşmirdə partlayış baş verib, 14 nəfər yaralanıb

05.10.2019, 14:37
Kəşmirdə partlayış baş verib, 14 nəfər yaralanıb

Cəmmu və Kəşmir ərazisində yerləşən Hindistanın Anantnaq şəhərində qumbaranın partlaması nəticəsində azı 14 nəfər yaralanıb. "Report" TASS-a istinadən bildirir ki, bu barədə yerli polisin "Twitter" səhifəsində məlumat verilib.

Polisin məlumatına görə, partlayış dövlət qurumunun yaxınlığında baş verib. Zərərçəkənlər arasında polis də var.

Hüquq-mühafizə orqanları əməkdaşları partlayışın terrorçular tərəfindən törədildiyini bildirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol